“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


21.02.2025  12:43 

DON TRAMP nə İSTƏYİR?!





A+  A-

Obrazlı desək, hazırda Rusiya - Ukrayna müharibəsini dayandırmaq istəyən Don Tramp şuluq uşaqların olduğu sinfə girən müəllimə bənzəyir. Görür ki, sinfin ən tərbiyəsiz, xuliqan şagirdi yerindən qalxıb, sinfin ən tərbiyəli əlaçı şagidinə hücum çəkib, onu döymək istəyir. Bu birinci dəfə deyil, müəllim xuliqanın xasiyyətini bilir.

Əlaçı şagird də bilir, amma zəif olsa da, geri çəkilmək istəmir. Tutaşıblar. Onları təbii ki, ayırmaq, dərsə başlamaq lazımdır. Bəs, kimdən başlamaq, üstünə qışqırmaq, kimi yerində oturtmaq lazımdır?

Burda iki variant var. Əgər müəllim münaqişəyə birdəfəlik son qoymaq istəyirsə, ədalətli həllini istəyirsə, xuliqanı yeridə oturtmalı, onun qulağını burmalıdır. Amma bu, çox təhlükəlidir və sonu da bilinmir. Xuliqan müəllimə qulaq asmaya, cavab qaytara, hətta əl-qol ata bilər. Odur ki, müəllim tərəddüd edir və ikinci yolu seçir. Tərbiyəli şagirdin, yəni hücuma məruz qalanın üstünə qışqırır, onun qulağını dartır, yerində oturdur. Bu, ədalətsiz seçim olsa da, müəllimi gözdən salsa da, xuliqanı sakitləşdirir. O. əlaçı tələbəni itələyir, özündən razı halda hırıldayır, yerinə qayıdır...

Rusiya - Ukrayna müharibəsinin səbəbləri, nəticələri Don Trampı maraqlandırmır. Onun yeganə məqsədi, nəyin bahasına olursa-olsun, müharibəni saxlamaq, ədalətli-ədalətsiz sülhə nail olmaq və dünyada məşhur olmaqdır. Hətta Nobel Sülh mükafatı da almaq olar. Bunun üçün də iki yol var. Don Putinin qulağını dartmaq və yerində otutrtmaq olar.

Amma bu, çox təhlükəlidir və sonu da bilinmir. Putin Trampa qulaq asmaya, cavab qaytara, hətta əl-qol ata bilər. Odur ki, Tramp tərəddüd edir və ikinci yolu seçir, hücuma məruz qalanın, yəni cənab Zelenskinin üstünə qışqırır, onun qulağını dartır, yerində oturdur. Bu, ədalətsiz seçim olsa da, Trampı gözdən salsa da, Putini razı salır.

Don Putin Ukrayna torpaqlarını, Don Tramp da Nobel mükafatını alır. Hər iki Don razı qalır...

Qalib ARİF

Xəbər 731 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +