Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


23.06.2021  16:11 

Peyvənd vurdurmayanlar cəzalandırılacaq? - AÇIQLAMA





A+  A-

"Peyvənd vurdurmayanlara qarşı cəzalar yolverilməzdir. Sadəcə, onlara münasibətdə müəyyən məhdudiyyətlər qoyulmalıdır”.
XəzərNews.az bildiriri ki, bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bir sıra ölkələrdə vaksindən istifadə etməyən şəxslərə qarşı həbs etmək, işdən çıxarmaq kimi cəza tədbirlərinin görüləcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib. Amma həmsöhbətimizin fikrincə, belə şəxslərə münasibətdə bəzi məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq:

"Peyvənd vurdurmayanlara qarşı hər hansı bir cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki proses könüllüdür. Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər. Sadəcə olaraq, sosial diskriminasiya məsələsi var. Yəni peyvənd vurdurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Yəqin ki, belələri müəyyən yerlərə buraxılmayacaq. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zalları, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir”.

Həkim situasiyanın daha da sadələşdirilməsini təklif edir:

"Peyvənd vurulması hələ məsələnin həlli demək deyil. Peyvənddən başqa xəstəliyi keçirənlər var. Ən yaxşı variant antikor testidir. Bu testin normal olması əsas göstərici hesab olunmalıdır. Təəssüf ki, hazırda xeyli sayda şəxs peyvənd olunsa da, onların orqanizmində heç bir immunitet formalaşmayıb. Belə olan halda peyvənd pasportunun heç bir önəmi olmayacaq. Ona görə hesab edirəm ki, mövcud vəziyyətdə bəzi məsələlər dəqiqləşdirilməlidir”.

A. Qeybulla düşünür ki, əslində xaricə gedəndə COVİD-19 testi vermək kifayətdir:

"Bununla məsələ bitir. Azərbaycanda vətəndaşların vurdurduğu Sputnik-v, və Çin istehsalı olan vaksin AB tərəfindən hələ ki, qəbul olunmayıb. Ona görə də pasportun xaricdə işləyib-işləməyəcəyini bilmirik”.

Xəbər 4261 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +