Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


19.02.2020  10:43 

Türkiyə şirkəti “MİDA”nı məhkəməyə verib





A+  A-

Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.

Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi “MİDA”ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.

Əcnəbi şirkətə izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.



Xəbər 3385 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +