“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb...”
İş adamının oğlu faciəvi şəkildə vəfat edib
ABŞ İrana qarşı zərbə endirməyə hazırdır
Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq


23.04.2019  09:38 

“Xalidə Bayramova Elinanın anasına dağ çəkmək üçün belə edib” - Deputat





A+  A-

“Öncə bir sual ortalığa çıxır - necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb".
XəzərNews.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi:

"Ümumiyyətlə, icra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllərindən gələni etməyiblər? Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatordurmu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır? Bayramova açıqlamasında bildirib ki, videonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşağa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırmalı idilər. Bütün bunların hamısı həm müəmmalı, həm də dəhşətlidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək.

Ümumiyyətlə, bu hadisə məni dəhşətə gətirir ki, niyə şəxslər öz tutduğu vəzifənin səlahiyyətlərini başa düşmür, lazım olmayan yerə gedir, lazım olmayan işləri görür, bununla da ictimaiyyətdə bir çaşqınlıq yaradırlar? Bu məsələdə doğrudan da uyğunsuzluq var. Eyni zamanda hadisədə çox günahkar görürəm.

Məlum olduğu kimi, Elinanın problemləri olub. Məktəb rəhbərliyi bu problemləri həll etməyib. Hətta qız həyatının son dəqiqələrində də qayğı görməyib. Bu nə dərəcədə insanlığa, mənəviyyata sığır? Bütün bu olanlar məni incidir. Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?"

Xəbər 3625 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +