Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


16.02.2019  11:06 

Naxçıvanda kəskin virus infeksiyalarına qarşı mübarizə aparılır





A+  A-

Naxçıvanda kəskin respirator virus infeksiyası ilə bağlı təhlükəli hala rast gəlinməsə də, hava şəraitinin qeyri-sabit keçməsi zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Muxtar respublikanın Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ictimai yerlərdə – xüsusən məktəb və bağçalarda kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezinfeksiya işləri aparır.
XəzərNews.az naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, həmin tədbirlər Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən həyata keçirilir. Cari həftə ərzində Naxçıvan şəhər dəmiryol və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri başa çatıb. Rayonlarda, əsas etibarilə, siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yemək - xanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri təşkil edilib. Tədbirin gedişində tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılır. Kəskin respirator virus infeksiyası xəstəliyinə şübhəli hal aşkar olunduqda ambu - lator müalicəyə göndərilir. Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poli - klinika şöbəsi ilə əlaqə saxlanılır.

Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılır. Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Xəbər 2946 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +