Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi


30.11.2025  14:23 

Azərbaycan səfirliyi milli stendini təqdim edib





A+  A-

“29 noyabr 2025-ci il tarixində Azərbaycanın Ukraynadakı Səfirliyi Ukrayna diplomatlarının həyat yoldaşları assosiasiyası tərəfindən təşkil olunan ənənəvi illik diplomatik xeyriyyə yarmarkasında iştirak edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov verib.

E.İbrahimov qeyd edib ki, tədbir çərçivəsində Azərbaycan Səfirliyi milli stendini təqdim edib:

“Ziyarətçilər burada Azərbaycan istehsalı olan milli məhsullarla tanış olub, xalq sənətkarlarının hazırladığı ənənəvi suvenir və əl işlərini izləyib.

Qonaqlara həmçinin Azərbaycan mətbəxinin şirniyyatları və müxtəlif delikatesləri təqdim olunub. Yarmarka zamanı Azərbaycan xalq rəqslərinin ifası da böyük maraq və alqışla qarşılanıb”.

E.İbrahimov qeyd edib ki, tədbirin məqsədi müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirməklə yanaşı, sosial layihələr üçün vəsait toplamaqdan ibarət olub.







Xəbər 1817 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +