“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


20.11.2025  11:05 

Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi





A+  A-

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Abdulla Tağıyev işdən çıxarılıb.

XəzərNews.az-ın əldə etdiyi məlumata görə, A.Tağıyevin daha yüksək vəzifəyə təyin olunacağı iddia edilir.

Hazırda “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə isə əvəzedici təyin olunub.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə tanınan A.Tağıyev Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsində çalışıb.

Həmçinin o, təhsil nazirin müşaviri vəzifəsində də işləyib.

A.Tağıyev Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə yaradılan işçi qrupunun rəhbəri olub.

Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

N.Oruclu
XəzərNews.az


Xəbər 1564 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +