Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


30.08.2025  14:17 

Putin Rəhimovun da “bazarını” bağladı





A+  A-

Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı olan məşhur azərbaycanlı iş adamı İlham Rəhimovun kürəkəni Araz Mehdiyev Moskvanın “Şeremetyevo” hava limanındakı rüsumsuz mağazaların əsas operatorunun sahibi statusunu itirib.

Bu barədə “RBC” agentliyi məlumat yayıb.

Bildirilir ki, azərbaycanlı iş adamı Araz Mehdiyev artıq Moskvanın “Şeremetyevo” hava limanında fəaliyyət göstərən ən böyük rüsumsuz ticarət mağazalarının operatoruna sahib deyil. Şirkət 25 avqustdan etibarən yeni sahibi – Vitali Bavinin nəzarətinə keçib.
Məlumata əsasən, Bavin son iki il ərzində bu operatorun – “Travel Retail Şeremetyevo” MMC-nin baş direktoru olub. İndi isə o, şirkətin yeganə sahibi kimi çıxış edir.

Vitali Bavin haqqında açıq mənbələrdə çox az məlumat var. Bildirilir ki, Bavin 2015–2023-cü illərdə “Şeremetyevo”dakı digər böyük operator – “İmperial Duty Free” ASC-yə rəhbərlik edib. O həm də “Port Alliance SC” şirkətinə rəhbərlik edib. Bu şirkət hava limanında spirtli içkilərin satışı ilə məşğuldur.

“Travel Retail Şeremetyevo” MMC 2022-ci ilin payızında yaradılıb. Federal Gömrük Xidmətinin reyestrinə görə, hazırda “Şeremetyevo”dakı rüsumsuz mağazaların çoxu bu şirkətə məxsusdur.



Şirkət təkcə ərzaq və aksesuar satışı ilə kifayətlənmir, həm də “Max Mara”, “Hugo Boss”, “CK Underwear”, “Swarovski” kimi brendlərin mağazalarını idarə edir. 2024-cü ildə onun gəliri 12,4 milyard rubl təşkil edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Araz Mehdiyev yalnız “Şeremetyevo” ilə kifayətlənməyib. O, “Domodedovo” hava limanında da rüsumsuz mağazaların operatoru olan “Travel Retail Domodedovo” MMC-yə sahib olub. Bundan başqa, iş adamı “Imperial Duty Free” şirkətində də pay sahibi idi. Burada “Bulgari”, “Max Mara”, “Etro”, “CK Underwear” kimi brendlərin mağazaları fəaliyyət göstərir.

Amma 2025-ci ildə Kipr və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Mehdiyev bu strukturlardakı paylarını itirib. Yeni sahiblərin kimliyi isə açıqlanmır.

“Şeremetyevo” hava limanının mətbuat xidməti RBC-yə bildirib ki, “Travel Retail Sheremetyevo” müstəqil hüquqi şəxsdir və sərnişin xidmətinin keyfiyyət standartlarına uyğun olaraq müqavilələr əsasında fəaliyyət göstərir./Yeniavaz.com

Xəbər 2536 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +