Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


24.05.2024  13:29 

Təkcə Bakı yox, regionlar üçün də keçərlidir - Bu şəxslərə MÜJDƏ





A+  A-

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq beynəlxalq tədbirdə 80-100 min arası şəxsin iştirakı gözlənilir. Azərbaycan bu müddət ərzində müxtəlif ölkələrdən gələn əcnəbi vətəndaşları qonaq edəcək. Tədbir həm turizm, həm də iqtisadi baxımdan ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

Xəzərnews.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Əkrəm Həsənov bir çox sahələrin bu prosesdən faydalana biləcəyini vurğulayıb:

“Hesab edirəm ki, bu proses həmin dövrdə Azərbaycanın ictimai iaşə, mehmanxana biznesinə təsir edəcək. Sözügedən təsir sadəcə Bakı yox, regionlar üçün də keçərlidir. Çünki gələn qonaqlar paytaxtla yanaşı, bölgələrimizi də gəzmək istəyəcəklər. Amma bu təsir qısamüddətli olacaq. Bizə lazımdır ki, həmin prosesin təsirini uzadaq. Ölkəmizi müxtəlif vasitələrlə ən yaxşı formada təqdim etməliyik. Bu təqdimat xarici qonaqlara daha sonra yenidən Azərbaycana gəlmələri üçün maraq yaradacaq. Həmçinin, media və televiziya vasitəsilə ölkəmizə gəlməyən, ancaq bizi virtual formada digər ölkələrdən izləyən şəxslərin də diqqətini çəkmək lazımdır”.

Ə.Həsənov bildirib ki, uğurlu olmaq istəyiriksə, burada rəqabət formalaşdırmaq ən yaxşı seçimdir:

“Beynəlxalq tədbirin bu tərəfindən yaxşı mənada istifadə etmək olar. Ancaq sual budur ki, biz bundan faydalana biləcəyikmi? Elə etmək lazımdır ki, bu bir əldən olmasın. Bizdə adətən belə bir şey olanda məmurlar məsələyə qarışır və bunu öz əllərinə alırlar. Nəticədə heç nə edə bilmirlər. Sözügedən prosesdən faydalanmaq və bu işi düzgün qaydada həyata keçirmək üçün rəqabət olmalıdır. Bir neçə şirkət sözügedən məsələ ilə məşğul olmalıdır. Beləliklə, ölkəmizi daha yaxşı formada tanıda bilərik”.

Xəbər 11359 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +