Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib


30.08.2019  12:06 

ABŞ ordusu Əfqanıstanı tərk edir





A+  A-

Amerika Birləmiş Ştatlarının prezidenti Donald Tramp Əfqanıstanda yerləşdirdiyi əsgər sayını azaldacaq.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstanda 14 minə yaxın əsgəri var. Əfqanıstandakı Taliban hərəkatı ilə razılaşmada əsgər sayının 8 min 600-ə qədər azalacağı gözlənilir.

ABŞ prezidentinin verdiyi açıqlamada bildirilir ki, əsgərlərin sayı azaldıldıqdan sonra qarşıda bu istiqamətdə başqa işlər olacaq.

Tramp onu da deyib ki, Taliban hərəkatı ilə danışıqlar planlaşdırılsa da hələ bu sahədə bir qədər tərəddüd edir.

Qeyd edək ki, Taliban hərəkatı 1994-cü ildə formalaşıb. Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Hərəkat bütün Əfqanıstanda zor tətbiq edib , hökumətlə mübarizə apararaq hakim qüvvəyə çevrilmək niyyətindədir.

Xəbər 2967 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +