Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


16.02.2018  19:35 

Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq





A+  A-

Şagirdlərin 1-ci sinfə qəbulunun elektron qaydada həyata keçirilməsi bütün ölkə üzrə tədricən tətbiq olunacaq.
XəzərNews.az Trend-ə istinadən xəər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

E.Əmrullayev bildirib ki, yeni dərs ilində Bakıdan başqa, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda da şagirdlərin 1-ci sinfə qəbulu elektron formada aparılacaq.

Şöbə müdirinin sözlərinə görə, 1-ci sinfə qəbulun elektron formada aparılması bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq. Bu, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq:

"Valideynlər məktəbə getmədən uşaqlarının birinci sinfə qəbulunu elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, elektron qaydada müəllim seçimlərini də edə biləcəklər".

E.Əmrullayev qeyd edib ki, proses uğurlu olarsa, bütün ölkədə şagirdlərin 1-ci sinfə qəbulunu elektron qaydada həyata keçirmək niyyətindirlər: " Biz bunu bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik. Bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq. Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".

Xəbər 3382 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +