Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


07.06.2023  12:37 

Boradigahlılar nazirdən kömək istəyir





A+  A-

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup müəllimi və sakinləri Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət ediblər.

Müraciət ölkənin ən böyük qəsəbələrindən olan bu yaşayış məntəqəsində internet problemi ilə bağlıdır.

Müraciətdə deyilir:

“Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigahın internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də haqlı narazılığa səbəb olur. Təkcə son günlər hava şəraiti ilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir. Xeyli məktəbli onlayn hazırlıqdan qalır. Bundan əlavə, qəsəbənin yüzlərlə sakini işi ilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların da ailələri ilə əlaqə saxlamasına ciddi problemlər yaradır.

Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib. Sizdən xahiş edirik, Boradigahda da analoji sistemin tətbiqinin sürətləndirilməsi ilə bağlı göstəriş verəsiniz.

Hörmətlə, Əlövsət Hüseynov, Akif Cavadov, Ədalət Əhmədov, Məmməd Məmmədov, Vasif Məmmədov, Vaqif Şərifov, Böyükağa Zeynalov, Yasər Teymurov, Elçin Əhmədov. Cəmi 40 nəfər”./Musavat.com

Xəbər 2784 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +