Sabah 41 dərəcə isti olacaq
Məşhur parkda uşağı ilan sancdı - Vəziyyəti ağırdır
Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ


20.05.2021  11:54 

Xızı sakinindən narkotik və silah götürüldü





A+  A-

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şorabad qəsəbə sakini Mehman Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Axundovun yaşadığı evə keçirilən axtarış zamanı isə oradan bir ədəd lüləsi kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər 3570 dəfə oxunub.



29.07.2025  12:59 

Sabah 41 dərəcə isti olacaq

29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +