Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


11.09.2020  10:43 

Həbsdə olan icra başçısı hakim önünə çıxarılır





A+  A-

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin həbs müddəti bitmək üzrədir.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu səbəbdən istintaq orqanı onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Belə ki, fevralın 22-də həbs edilən başçı və işçilərinin barəsində ilk olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi, növbəti dəfə bu müddət daha 3 ay artırılıb.

Sabiq başçı İsmayıl Vəliyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun barəsindəki təqdimata Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova baxacaq.

İ.Vəliyevin birinci müavini olmuş Vurğun Əkbərov və İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevlə bağlı məhkəməyə isə hakim İlkin Rüstəmli rəhbərlik edəcək.

Onlar rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilirlər.

Xəbər 3772 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +