Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


04.12.2022  12:25 

Qarabağda nə qədər erməni yaşayır?





A+  A-

Robert Menendez-a Senatın Xarici Məsələlər üzrə Komitəsinin sədridir. Xanımı erməni olan senator (Demokratlar Partiyası) Amerika Erməniləri Milli Komitəsinin əsas lokomotivi kimi tanınır. Ermənilərin müdafiəsi ilə bağlı “xarüqələr” yaradır.

Son çıxışlarının birində bir daha tələb edib ki, Ermənistana qarşı müharibə cinayətləri törətmiş Azərbaycan ABŞ tərəfindən ittiham olunsun. Senatorun çıxışında maraqlı bir məqam var.

Ermənistan mətbuatına istinadən həmin sitatı olduğu kimi təqdim edirəm: “Nə Dövlət Departamenti, nə də USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi. ABŞ hökumətinin xarici yardım təşkilatı) 2020-ci ildə Qarabağ müharibəsi nəticəsində didərgin düşmüş 100 000 nəfərə və hələ də bölgədə (Qarabağda) yaşayanların cari ehtiyaclarına kömək etmək üçün lazım olan humanitar yardımı göstərməməsindən son dərəcə narahatam”...

Cənab Menendez-a birmənalı şəkildə deyir ki, müharibədən dolayı 100 min erməni Qarabağdan didərgin düşüb. Müharibədən əvvəl Qarabağda 120 min erməninin yaşadığı iddia olunurdu. Əlbəttə, bu, şişirdilmiş rəqəm idi. Hətta bu göstəricini ciddi qəbul etsək və cənab senatora inansaq, Qarabağda cəmi 20 min erməni qalıb. Azərbaycan tərəfi isə hazırda Qarabağda 25 min erməninin yaşadığını deyir.

Separatçılarının lideri Araik Arutyunyan isə sentyabrda demişdi ki, Qarabağda 33 min erməni yaşayır...

Yəni birmənalı olan odur ki, II Qarabağ Müharibəsindən sonra Qarabağda yaşayan ermənilərin böyük çoxluğu ərazini tərk edib.

Qalanlar da “cомаданное настроение” əhvalındadırlar. Rusiya, İran və Fransanın bütün cəhdlərinə baxmayaraq ermənilər Qarabağa qayıtmaq fikrində deyillər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan ermənilərin Qarabağa qayıtması mümkünsüz görünür. Çünki ortada təhlükəsizliyə zəmanət yoxdur. Mən ona da əminəm ki, hətta müqavilə bağlandıqdan sonra da Qarabağa qayıtmaq istəyənlər o qədər də çox olmayacaq. Hansı üzlə qayıtsınlar ki?

Azərbaycana qarşı bu qədər düşmənçilik edən adamların geri dönməsi və Azərbaycan qanunları altında yaşaması o qədər də asan məsələ deyil...

Elbəyi Həsənli

Xəbər 1111 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +