Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı


28.10.2022  10:10 

Qalmaqallı qurultayın nəticələri tanımaya bilər





A+  A-

Azərbaycan Yazıçılar Birliyinin qurultayında sədrliyə namizəd olmaq istəyənlərin qarşısının alınması, ciddi seçki pozuntularının müşaiyyət olunması və Anarın alternativsiz sədr seçilməsi ciddi müzakirələrə səbəb olub.

Bu tənqidlərə cavab olaraq isə AYB-nin sədr müavini Rəşad Məcid demokratik seçki ənənəsinə zidd olan açıqlama verib. O, bəyan edib ki, Anara rəqib olan şəxslər ümumiyyətlə, qurumdan kənarlaşdırılmalı idi.

Bəs görəsən, ciddi pozuntularla müşaiyyət olunan qurultayın nəticələrini Ədliyyə Nazirliyində ləğv etdirmək mümkündürmü?

XəzərNews.az xəbər verir ki, hüquqşünas Hafiz Həsənov Gununsesi.info-ya açıqlamasında bildirib ki, AYB ictimai birlik statusunda olduğundan onun seçkili orqanları mövcuddur:

“Bütün bunlar nizamnamə ilə həyata keçirilir. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunanda müəyyən olunsa ki, Yazıçılar İttifaqının qurulatyında ictimai birlik kimi onun üzvlərinin hüquqları pozulub və qanun pozuntusuna yol verilib, seçkilərdə saxtakarlıqlar olub, bu halda Ədliyyə Nazirliyi qurultayındakı dəyişiklikləri – sədr seçkisi, üzvlərin seçkisi və digər nəticələri qeydə almaya bilər.

Bu pozuntunun müəyyən olunması ilə bağlı qeyd etdiyimiz şəxslər özləri də sənədlər təqdim olunandan sonra Ədliyyə Nazirliyinə müraciət edə bilər. Onların həmin pozuntuları şikayətlərində göstərməlidirlər. Ədliyyə Nazirliyinin qeydiyyat orqanı da bu halda yeni nəticələri qəbul etməz. Belə halda qurultayın yenidən keçirilməsi zəruridir. Yox əgər Ədliyyə Nazirliyi bu qurultayın nəticələrini qeydə alırsa, yeni reyestrdən çıxarış verirsə, o zaman bu halda həmin şəxslər Ədliyyə Nazirliyinin həmin reyestrdəki dəyişikliklər üzrə çıxarış verilən sənədlərin ləğv edilməsi ilə bağlı məhkəmədə mübahisələndirmə aça bilərlər. Bu halda həmin reyestr sənədlərinin məhkəmə qaydasında da ləğv oluna bilər”.

Xəbər 1042 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +