Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi


06.11.2025  18:04 

Abbasov qardaşlarına hökm oxundu – 17 il həbs...





A+  A-

Moskva Şəhər Məhkəməsi Azərbaycan vətəndaşları Şahin Abbasova 17 il, qardaşı Şöhrətə isə 12 il həbs cəzası kəsib. Onlar 2024-cü ilin aprelin 17-də baş verən mübahisə zamanı 24 yaşlı yerli sakin Kirill Kovalyovu bıçaqlayıb öldürməkdə təqsirli biliniblər.

XəzərNews.az xəbər verir ki, istintaq materiallarına görə, hadisə Krasnodarskaya küçəsində baş verib.

Şahin Abbasov avtomobilini evin qarşısındakı səkidə park edib və bu, Kovalyovun narazılığına səbəb olub. Şahin Abbasov və qardaşı Şöhrət gəncə bir neçə bıçaq zərbəsi endiriblər. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Abbasovların qohumuİsa Xan Abbasov isə cinayəti gizlətmək və Yol Polisinə rüşvət verməkdə təqsirli bilinərək 8 il müddətinə həbs edilib.
Hadisənin digər iştirakçıları isə cəzalarını istintaq müddətində çəkdikləri üçün məhkəmə zalında azad olunublar. Şahin Abbasovun atası Nizami Abbasov isə məhkəmə tərəfindən bəraət alıb.

İstintaqın məlumatına görə, qətldən sonra qohumları Şahin Abbasov və digər təqsirləndirilənlərə gizlənməkdə kömək ediblər.

Abbasov qardaşları cəzalarını sərt rejimli həbsxanada çəkəcək.//Bakupost.az

Xəbər 1580 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +