Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


26.01.2018  13:57 

Polis bir neçə şəxsdən müxtəlif növ silahlar götürdü





A+  A-

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
XəzərNews.az xəbər verir ki, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Bağırov saxlanılıb. Onun çantasına baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Həyata keçirilən digər tədbirlər nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Həsənabad qəsəbə sakini Çingiz Ağayevin yaşadığı evə baxış zamanı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları isə Göyçay rayon sakini Daşqın Məmmədovdan ümumilikdə 2 ədəd müvafiq sənədləri olmayan “ТОZ” markalı tüfəng götürüblər.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Qəhrəman Cəfərov tapdığı 1 ədəd “AKS 74” markalı nömrəsi silinmiş avtomat silahını, 8 ədəd patron və 1 patron darağını könüllü olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə təhvil verib.

Xəbər 1687 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +