Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.12.2017  14:54 

Həcc ziyarətinin qiyməti bahalaşır





A+  A-

Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) XəzərNews.az-a verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqları başlayacaq.

Bildirilir ki, ötənilkindən fərqli olaraq, bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.

Bu il Azərbaycandan 900 zəvvar Həcc ziyarətində olub ki, bu, indiyə kimi olan ən aşağı rəqəmdir. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.

Xəbər 1421 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +