Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


08.08.2024  16:12 

Vüqar Səfərlinin əmlak davası başa çatıb





A+  A-

Üç ildən çoxdur həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərlinin əmlak davası başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Səfərlinin 12 əmlakının bir neçəsinin müsadirə edilməsini qanunsuz hesab edib.

Anar İbrahimovun sədrlik etdiyi məhkəmə tərkibi əmlakların cinayət baş verən dövrdən əvvəl alınması ilə bağlı dövlət qurumlarından gələn sorğuya cavabları və məhkumun vəkili Hikmət Əliyevin təqdim etdiyi digər sübutları araşdırdıqdan sonra belə qənaətə gəliblər.

Qərara əsasən, Vüqar Səfərlinin milyonluq əmlakları müsadirədən azad edilib. Həmin əmlaklar onun özünə qaytarılacaq.

Prokuror qərardan narazı qalıb.

Qeyd edək ki, Vüqar Səfərli 2021-ci ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli mənimsəmə, rüşvət alma və digər cinayətlərdən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun üzərinə həbs qoyulmuş çoxsaylı əmlakları müsadirə edilib.

Sonrakı instansiya məhkəmələri keçmiş KİVDF rəhbərinin cəza müddətini qüvvədə saxlasalar da, Ali Məhkəmə onun özünün və ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsi məsələsinə yenidən baxılmasını qərara alıb. İş həmin hissənin araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Xəbər 6597 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +