Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


28.05.2018  19:17 

Karateçimiz Sofiyada gümüş medal aldı





A+  A-

Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turnirində iştirak edən milli komandamızın üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub.
Azərbaycan Milli Karate Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner, Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla yanaşı, ikiqat avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.

Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə aparıb.

İdmançılarımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirak edib.

Payızda Yeniyetrmələrin yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlıqları davam etdirəcəklər.

Xəbər 1478 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +