Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video





A+  A-

Bakıda fəhlə çalışdığı binadan yıxılaraq ölüb. Bədbəxt hadisə ötən gün paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında yerləşən "Jasmin Park" yaşayış kompeksində baş verib.

XəzərNews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Yaşayış kompleksinin mətbuat xidmətinin məlumatına görə, hadisə şirkətdə iş saatı başlamazdan əvvəl baş verib.

Şirkətdən o da bildirib ki, yıxılaraq ölən fəhlə fasad işlərində deyil, binadaxili işlərdə çalışan əməkdaşlardan olub. Ona görə də onun hansı şəraitdə yıxılaraq ölməsi araşdırmalardan sonra bəlli olacaq.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirib ki, dünən saat 08:00 radələrində Yasamal rayonunun M. Xiyabani küçəsindən "hündürlükdən yıxılma" səbəbilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına gələn təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, "Jasmin Park" "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.



Xəbər 719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +