Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


26.03.2024  09:41 

İyunda parlament seçkiləri keçiriləcək?





A+  A-

Milli Məclisin deputatı Ceyhun Məmmədov iyun ayında Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.

Xəzərnews.az xəbər verir ki, Deputat Pravda.az-a açıqlamasında deyib ki, seçkilərin keçirilməsi zaman-zaman Azərbaycan cəmiyyətində geniş müzakirə edilib:

"Bu məsələ ətrafında məqsədli şəkildə müzakirələr aparıldığının şahidi oluruq. Müəyyən qurumlar, tərəflər parlament seçkilərini davamlı gündəliyə gətirməyə çalışırlar. Parlament seçkiləri ilə bağlı bu gün konkret heç bir fikir, açıqlama yoxdur. Söhbət rəsmi fikirlərdən gedir. Hazırda parlament seçkiləri müzakirədə deyil.

Bununla bağlı məsələ qaldırılsa, hər hansı addım atılsa, əlbəttə, aidiyyəti qurumlar mütləq ictimaiyyətə geniş məlumat verəcəklər. Rəsmi məlumat olmadığına görə hazırda aparılan müzakirələrin heç bir əsası yoxdur".

Qeyd edək ki, Konstitusiyaya görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2020-ci ildə formalaşan VI çağırış Milli Məclisə seçkilər də bu ilin noyabrın ilk bazar günü, yəni ayın 3-də keçirilməlidir. İddia edilir ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 bu ilin noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq deyə parlament seçkiləri iyun ayında növbədənkənar keçiriləcək.

Xəbər 3732 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +