Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


02.03.2024  16:08 

Ceyhun Bayramov Xavier Bettel ilə görüş keçirib





A+  A-

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində martın 2-də Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.

XİN-dən Xəzərnews.az-a verilən məlumata əsasən, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.

Xəbərə əsasən, Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.

Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.


Xəbər 1447 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +