Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


19.07.2017  11:43 

“Nazirin qardaşı pulu mənə sələmə verdi”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə S.Nəbiyev əlavə ifadə verib.

Öncə hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edib, onlara prosesdə səs-küy salmamağı tapşırıb.

Samir Nəbiyev deyib ki, nazir qardaşından pulu sələmə götürüb: "Əlikram Camalovla mağazada tanış olmuşuq, mənim daimi müştərim olub. Özü deyirdi ki, mən filankəslərə pul vermişəm. Mən də pul istədim. O da qazanc məqsədi ilə 18 min manat aldım, dedim hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm.

Devalvasiyadan sonra məni ofisə çağırıb dedi pulumu tam ver. Dedim imkanım yoxdu. Əlikram müəllim dedi manatı dollara çevirirəm, məcbur olub razılaşdım. Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür, razılaşmadı, dedi pulumu nağd ver. Sonra mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər.

Bir müddət sonra atam rəhmətə getdi, yas verirdim, Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim. Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma ödəyə bilmirəm. Borcumu qəbul edirəm, işlə təmin etsin, ödəyim. Yavan çörək versin, qapısında işləyim".

Sənədlərin tədqiqi mərhələsi keçirilib. Məhkəmə istintaqının tamamlandığı elan edilib.

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

(qafqazinfo.az)

Xəbər 2711 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +