İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL
Belçikada erməni radiosu fəaliyyət göstərir, azərbaycanlılar isə...
Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi


25.02.2021  11:08 

Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv etdi





A+  A-

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.
XəzərNews.az xəbər verir ki, Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.

“Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur”,- deyə Bayden qeyd edib.

Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.

O həmçinin, qərar səbəbindən “Green Card” qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində “COVID-19” pandemiyası dövründə “ABŞ əmək bazarı üçün risk yaradan mühacirlər”in ölkəyə girişini qadağan edən bir fərman imzalamışdı.

Xəbər 3956 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +