Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


09.10.2025  00:13 

Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR





A+  A-

Ötən ay həbs olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adının keçdiyi “Alkagesta” şirkəti ilə bağlı bir sıra detallar məlum olub.

XəzərNews.az xəbər verir ki, 2022-ci il üçün dərc edilmiş hesabatlara əsasən, “Alkagesta” Maltada 42,4 milyon avro mənfəət əldə edib.

Şirkət bu gəlirdən cəmi 2,1 milyon avro vergi ödəyib.

Rəsmi mənbələr təsdiq edir ki, “Alkagesta” Maltada qeydiyyatdan keçmiş xarici şirkətlərə tətbiq edilən 5%-lik aşağı vergi dərəcəsini ödəyir.

Rusiya neftininin qanunsuz satışında ittiham olunan “Alkagesta” hər il Malta hökumətini on milyonlarla potensial və əlavə vergi gəlirlərindən məhrum edib. Belə ki, “Alkagesta” heç bir məhsul istehsal etmir və iqtisadiyyata hər hansı dəyər qatmır. Şirkət əsasən bunker sənayesində hər kəsin təklif edə biləcəyi brokerlik və ticarət xidmətləri göstərir.

Sadəcə olaraq “Alkagesta” dərin likvidlik ciblərinə malikdir və bu şirkət Maltanın ən böyük neft yük daşımalarıdır.

Qəribədir ki, hökumət xarici şirkətə Maltanın neft bunkerləmə əməliyyatlarının əksəriyyətini ələ keçirməyə icazə verib və uzunmüddətli perspektivdə onlarla və yüz milyonlarla avro vergi gəlirlərini itirib. Bu səbəbdən “Alkagesta”nın Maltada necə böyüməsinə icazə verilməsi bir çoxlarında təəccüb doğurub. Şirkətin Maltada möhkəmlənməsi SOCAR-ın “ElectroGas” energetika konsorsiumu ilə əlaqəsinə dayandığı iddia edilir.

Qeyd edək ki, Adnan Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib. Bu iddia ilə bir müddət əvvəl “Maltese Herald” nəşri çıxış edib. Nəşr iddia edib ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu Kamran Ağayev tərəfindən idarə edildiyi deyilən Malta şirkəti “Alkagesta”nın adı keçir.

Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib.//Teleqraf

Xəbər 1268 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +