Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.12.2025  12:49 

İdman şərhçisi saxlanıldı -FOTO/VİDEO





A+  A-

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində futbolda mərc və oyun satma iddialarına bağlı olaraq səhər saatlarında əməliyyat keçirilib.

XəzərNews.az xəbər verir ki, İstanbulda aparılan əməliyyat çərçivəsində saxlanılanlar arasında sabiq hakim və idman şərhçisi Əhməd Çakar da var.

Başqa bir əməliyyatda, 2023–2024 mövsümündə TFF 2-ci Liqada keçirilmiş bir oyuna dair aparılan istintaq çərçivəsində bir neçə peşəkar futbolçu və klub rəhbəri şübhəli qismində həbs olunub.

İstintaqın mərkəzində oyun nəticəsinə görə qanunsuz mərc qoyulduğu və bəzi şəxslərin bu prosesdə oyun satması iddiaları dayanır.

Saxlanılan şəxslər ifadələri alınmaq üçün polisə aparılıb.

Xatırladaq ki, futbol dünyasında tərəfsizliyi və prinsipiallığı ilə seçilən Əhməd Çakar “Bəyaz TV”də Ertem Şenerin aparıcılığı ilə yayımlanan “Dərin futbol” və başqa “Youtube” kanallarında şərhçilik edir.





Xəbər 897 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +