Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.11.2025  11:55 

Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO





A+  A-

Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı oktyabrın 25-də keçirilmiş qalmaqallı qurultayın nəticələri ilə bağlı noyabrın 3-də Ədliyyə Nazirliyinə müraciət edib.

XəzərNews.az xəbər verir ki, Elçin Ağamalı Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O, bildirib ki, şikayətlərə fərdi qaydada baxılmadığından sənədləri şikayətlər qutusuna daxil edib:

"İndi onlardan cavab gözləyirik. Məsələ bir az xüsusi olduğu üçün, yəqin ki, diqqətlə yanaşacaqlar. Bizim müraciətimizə müsbət cavab veriləcəyinə böyük ümid edirəm. Görüntüləri də, protokolu da təqdim etmişik. Videogürüntülər protokolu tamamlayır. Azərbaycan ədliyyəsinin ədalətinə inanırıq. Müsbət qərar çıxacağına ümid edirik”.

Qeyd edək ki, oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.

Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və özünün sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər.



Xəbər 872 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +