Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


21.04.2017  10:48 

Mərkəzi Bankın valyuta ehtiyatı azalıb?





A+  A-

Bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7 milyard 500 milyon manatın transfert edilməsi nəzərdə tutulub.
XəzərNews.az “Marja”ya istinadən xəbər verir ki, bir neçə gün öncə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Fondun makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka 2 milyard 279 milyon manat transfert etdiyini açıqladı. Bu məbləğ, hazırkı rəsmi məzənnə ilə təxminən 1 milyard 340 milyon dollar edir.

Mərkəzi Bankın statistikasına görə, bu il Bankın rəsmi valyuta ehtiyatları 458,3 milyon dollar artaraq 31.03.2017-ci il tarixində 4 milyard 432.7 milyon dollar təşkil edib.

Əgər Neft Fondu Mərkəzi Banka 1 milyard 340 milyon dollar tranfer edibsə, nə üçün valyuta ehtiyatları 458,3 milyon dollar artıb?

Sayt yazır ki, burada 3 ehtimal var. Birincisi ola bilər ki, əslində Mərkəzi Bankın valyuta ehtiyatları 882 milyon dollar azalıb. 1 milyard 340 milyon dollar tranfer bu azalmanı artıqlaması ilə bağlayıb. Azalma Mərkəzi Bankın hərraclarda valyuta satması ilə baş verə bilərdi.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayında 285 milyon dollar, fevralda 258,4 milyon dollar, mart ayı ərzində isə 250 milyon dollar olmaqla cəmi 793,4 milyon dollar məbləğində vəsait satılmışdır. Əgər Mərkəzi Bank da hərraclarda 882 milyon dollar satmışdırsa, bu il hərraclarda banklara satılan cəmi məbləğ 1 milyard 675,4 milyon dollar olardı. Bu məbləğ inandırıcı görünmür.

İkinci ehtimala görə, Neft Fondu Mərkəzi Banka vəsaitin xeyli hissəsini manat şəkilində transfer edib. Ötən il Neft Fondu hərraclarda dollar sataraq aldığı manatların hamısını dövlət büdcəsinə köçürmədiyindən manatda xeyli vəsaiti mövcud idi.

3-cü ehtimala görə, Mərkəzi Bank Neft Fondundan aldığı tranfertin bir hissəsini digər təşkilatlara borc verə bilər.



Xəbər 2417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +