DTX və DİN Şuşada ƏMƏLİYYAT keçirdi
BMT bu ölkəyə görə iclas keçirəcək
Samir Şərifov işçi qrupun rəhbəri oldu
Sabiq prezidentin təhlükəsizlik qüvvələri qəza törədib
Nanənin verilişi bağlandı
Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi


23.07.2025  14:30 

Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...





A+  A-

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı gizli memorandumu əldə etdiyini və bu sənədin Ermənistanla ABŞ tərəfindən təsdiq edildiyinə dair iddia ilə çıxış edib.

XəzərNews.az xəbər verir ki, nəşr Zəngəzur dəhlizini “Tramp körpüsü nəqliyyat dəhlizi” adlandırır.

Yazıda deyilir ki, sənədin məzmunu ilə erməni diasporu tanış olub.

Məlumata görə, burada ikitərəfli regional iqtisadi dəhliz və müdafiə keçidi layihəsindən danışılır: “Bu 42 kilometrlik nəqliyyat dəhlizi Ermənistanın Syünik regionundan keçir. Dəhliz Azərbaycanı Naxçıvanla əlaqələndirir, hansı ki, Ermənistan və İran sərhədində strateji bir mövqeyə malikdir. Bu dəhlizin yaradılması 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi. Ermənistan bu dəhlizin yaradılmasının qarşısını almaq üçün səylər göstərib, çünki bu, Ermənistan ərazisinin böyük hissəsinin itirilməsinə gətirib çıxara bilər. Sənədə görə, Ermənistan Syünik regionu üzərində suverenliyini saxlayır, lakin buna baxmayaraq, aydın olur ki, nəqliyyat dəhlizi özəl ABŞ şirkəti tərəfindən idarə olunacaq və bu şirkət lazımi lisenziyanı alıb. Dəhlizin istifadəsindən gələn gəlirin bölüşdürülməsi də bu razılaşmada öz əksini tapıb. Amerika şirkəti gəlirdən 40 faiz, Ermənistan isə 30 faiz pay alacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq”, - yazıda qeyd olunub.

Yazıda o da qeyd olunub ki, bu memorandumda ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə ezam olunması məsələsi da əks olunub: “Əldə olunan məlumata görə, bunlar adi Amerika ordusu olmayacaq, onlar ABŞ-ın özəl hərbi şirkətinin üzvləri olacaq. Bu qüvvələrin sayının təxminən 1000 nəfər olacağı güman edilir və onlar dəhliz boyunca təhlükəsizliyi təmin etmək üçün məsuliyyət daşıyacaqlar”.

Bildirilir ki, memoranduma əsasən, özəl şirkət dəhlizi qorumaq üçün gücdən istifadə edə bilər.

Nəşrə görə, sərhəd əvvəlcə ağır silahları olmayan hərbçilər tərəfindən qorunacaq.

“Ermənistan-ABŞ memorandumu Ermənistan üçün faciədir. ABŞ işğalı bu kiçik ölkənin problemlərini həll etməyəcək. Sadəcə buradan ABŞ və Türkiyə buradan fayda görəcək. Avropa İttifaqı da Ermənistanı itirəcək. Artıq Ermənistan Fransa və Aİ-nin tərəfdaşı ola bilməyəcək, çünki ölkə Amerika proksiləri tərəfindən işğal ediləcək. Fransa üçün ABŞ də qoşunlarının Ermənistanda möhkəmlənməsi pis haldır. Fransanın Ermənistanda strateji mövqeyi tarixi əsaslar üzərində qurulub. Avropada ən böyük erməni diasporu da Fransada yerləşir. Fransa regionda sülh prosesində də öz rolunu möhkəmlədib, uzun illər Fransa ATƏT-in Minsk qrupuna həmsədrlik edib. “Tramp körpüsü” layihəsinin həyata keçməsi Fransanın bu roluna zərbə olacaq. Əslində, ABŞ elə bir situasiya yaradır ki, Ermənistan özünün səsvermə hüququnu, Fransa isə regionda öz maraqlarını müdafiə etmək qabiliyyətini itirir”, - yazı bu fikirlərlə yekunlaşır.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.

Xəbər 795 dəfə oxunub.




15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +