Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


27.05.2025  15:55 

“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov





A+  A-

“Mənə zəng edib dedilər ki, istefa ver. Mən özüm yığmadan getməmişəm”.

XəzərNews.az xəbər verir ki, bunu “İdman TV”nin “Sportcast” verilişində qonaq olan “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

O, 2018-ci ildə Azərbaycan U-21 yığmasından ayrılmasından danışıb: “Onlardan bunun səbəbini soruşdum. Çünki cəmi 20 gün qabaq oturub danışmışdıq. Qarşıma hədəflər qoyulmuşdu, qrupda ikinci yeri tutmaq istəyirdik. Amma sonra bu cür oldu və səbəbini bilməli idim. Onsuz da orada qalmayacaqdım, çünki istənilməyən yerdə qalmaq kimi fikrim olmayıb heç vaxt.

Sadəcə maraqlı idi ki, niyə istefamı istəyirlər. Səbəblərini soruşanda isə tutarsız şeylər dedilər, müxtəlif söhbətlər oldu. Yəni dediyim kimi mən özüm ayrılmadım. Ümumiyyətlə, həmin vaxt çox şey etmək olardı. Millidə yaxşı heyət var idi. Amma biz getdik, həmin futbolçular itib batdı. Yalnız Qurban Qurbanovun rəhbərliyi altında oynayan Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı inkişaf edə bildi. Qalanları isə yoxa çıxdı. Ən azı 7-8 il itirdik”./“Qafqazinfo”

Xəbər 493 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +