Marşurutlarda gediş haqqı artırılacaq - AÇIQLAMA
Benzinin qiymətində bahalaşma olacaq?
Azərbaycanda pensiyanın məbləği dəyişməyəcək
Xadiməyə maşını Arifə deyil, Esmiralda yuduzdurub - Yeni detallar
Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
Xəstəxanada şəkər xəstələri ilə qarşıdurma - Video
Ukraynada Rusiyaya casusluq edənlər ifşa olunub
Fərhad Məmmədov Yerevan səfərindən yazdı... - Fotolar
“Podium Park”da müştərinin çantası oğurlandı – Fotolar
Sanksiyaları Putini küncə sıxışdıra bilər – Sky News


16.07.2025  11:17 

Nevropatoloq yoxdur, insult xəstələri yollarda qalıb - Şikayət





A+  A-

Bölgələrdə həkim, xüsusilə bəzi ixtisaslar üzrə da peşəkar kadr çatışmazlığı illərdir davam edir. Hər il ATU-nu bitirənlərin sayı artsa da, rayonlarda həkim qıtlığı problemi həll olmur. Həkim qıtlığının mövcud olduğu rayonlardan biri də Masalldır.

Masallı rayonundan olan vətəndaşlar nevroloq müayinəsi üçün Lənkəran Mərkəzi Xəstəxanasına gəlməyə məcbur olurlar. Çünki Masallı xəstəxanasında nevroloq yoxdur.

XəzərNews.az xəbər verir ki, Medicina.az-a açıqlamasında şikayətçi Röyal Həmidov rayon camaatının qarşılaşdığı problemi danışıb.

“Masallı Mərkəzi Xəstəxanasında nevropatoloq yoxdur. Özəllərə getməyə isə maddi vəziyyətim imkan vermir. Məcbur qalıb Lənkəran xəstəxanasına gedirik. Ora da 3-4 rayonun xəstəsi gəlir. O qədər növbə olur ki, həkim qəbuluna düşmək olmur. Axırıncı dəfə orda olanda növbədəkilərin biri Astaradan, biri Cəlilabaddan, digəri Lerikdən gəldiyini dedi. Lənkəranda da cəmi bir həkimdir.

Səhər 6-da kənddən zülümlə xəstəxanaya çatdım, saat 9 idi, növbədə 11-ci adam oldum. 3 nəfər qazi, şəhid ailəsi gəldi, növbə uzandı. Sonra həkimin vaxtı bitdi, 4-5 saat növbədə durub evə qayıtdım, axşam 6-da kəndə çatdım. Adam var ki, 3 gündür gəlib gedir, növbə çatmır”.

R. Həmidov bildirir ki, onurğasında yırtıq, protruziya, başında kista var. Xəstəxanada yatmaq bir yana, normal müalicə ala bilmir. O, bu rayonlarda insult xəstələrinin də başlı-başına qaldığını deyib:

“Özüm bir yana, yaşlı anam insult olub, bir tərəfi işləmir, stasionara yatmalıdır. Poliklinika, xəstəxana diaqnozu, sənədləri düz yazmır, bizi get-gələ salır. Stasionarda yatmalıdır, əlil adamdır, baş həkim deyir, oktyabra yer ola bilər, o da söz vermirəm. Elə bil bunlardan öz evlərində yer istəyirik. Bu insan xəstədir, insult müalicəsi almalıdır, əlillik almaq üçün ildə 1-2 dəfə stasionarda yatışda olmalıdır, evdə özümüzün orda- burda yazdırdığımız müalicələrlə olmur. Anamı necə nevroloqa gətirim?"

Şikayətçi aidiyyatı qurumlardan Masallıya nevroloq göndərilməsini xahiş edib:

"Hər rayona bir nevroloq lazımdır. Bİz müalicələrdən də narazıyıq, hər yerdə süründürməçilikdir. Yaşlı adam elə yollarda, növbələrdə insult olar. İnsanlara bu qədər zülm verməyin”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələlik rəsmi cavab almamışıq. Qurumdan məsələni hələ araşdırdıqlarını bildiriblər.

Xəbər 2339 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu


BÜTÜN XƏBƏRLƏR +