“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.11.2021  13:20 

İntihar edən qazi ilə bağlı Baş Prokurorluq məlumat yaydı





A+  A-

Baş Prokurorluq Vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir:

“Ağdaş rayonunun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ülvi İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır”.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin qazisi, Ağdaş rayonunun Ləki qəsəbəsində yaşayan 24 yaşlı İsgəndərov Ülvi İrşad oğlu intihar edib.

Sosial şəbəkələrdə Ülvi İskəndərovun imkansızlıqdan intihar etdiyi qeyd olunur.

Bildirilir ki, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra xeyli müddət işsiz qalıb.

Azad olunmuş torpaqlarda fəaliyyət göstərən bir şirkətə fəhlə kimi işə düzəlib. Orada işçilərə olan aşağılayıcı münasibətə etiraz olaraq işdən çıxıb.



Xəbər 2756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +