“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.08.2019  19:32 

Axtarışda olan şəxslər saxlanıldı





A+  A-

Azərbaycanda axtarışda olan şəxslər Rusiya və Gürcüstanda saxlanılıb.
Bu barədə XəzərNews.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiyada tutularaq ölkəmizə ekstradisiya olunub.

RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstanda tutularaq ölkəmizə ekstradisiya olunub.

Xəbər 1389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +