“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.05.2019  15:11 

“Paradiqma” İctimai Birliyi DİA-da tədbir keçirib





A+  A-

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) konfrans zalında “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsinin ilk tədbiri keçirilib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, tədbir çərçivəsində çıxış edən layihə rəhbərinin köməkçisi (moderator) Hacı Əliyev bildirib ki, layihəni həyata keçirməkdə məqsəd gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi işini innovativ yanaşmalarla təmin etməkdən, tədqiqat predmeti ilə bağlı elmi-nəzəri mühakimələr, ideyalar, praktiki tövsiyələr irəli sürməkdən, habelə müvafiq təbliğat, təşviqat və maarifləndirmə işləri həyata keçirməkdən ibarətdir.

Tədbirdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev qeyd edib ki, XXI əsr informasiya əsridir və bu reallıqdan çıxış edərək informasiya siyasəti hücum taktikasına söykənməlidir: “Xüsusilə sosial şəbəkələrin yaratdıqları imkanlardan bu istiqamətdə maksimum faydalanmaq vacibdir. Bu baxımdan gənclərin üzərinə böyük məsuliyyət düşür”.

Müzakirələrdə iştirak edən tələbələr Günel Quliyeva, Adil Babayev, Nigar Xəlilzadə, Kamran Rzazadə, Səyyad Yusifli və başqaları layihə çərçivəsində nəzərdə tutulan vəzifələrin icrasında yaxından iştirakın vacibliyini vurğulayıblar və bu istiqamətdə konkret təklif və tövsiyələr irəli sürüblər.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilçiləri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edib.




Xəbər 1099 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +