“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.06.2019  11:09 

Nümunəvi sürücülər mükafatlandırılacaq





A+  A-

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayır.
XəzərNews.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq.

Xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq.
Bakı və Gəncə şəhərlərində təşkil olunacaq tədbirlərdə yol hərəkəti qaydalarının təbliği, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq.
Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməkdir.
Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək.

Xəbər 1722 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +