“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.06.2019  12:32 

“Azərbaycanla bağlı başqa planımız var”





A+  A-

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal dünən İordaniyaya 5:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununu dəyərləndirib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan slovakiyalıların çalışdırıcısı yerli federasiyanın rəsmi saytına açıqlamasında ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib:

“Rəqibin müqavimət göstərəcəyini bilirdik. İlk hissə gözlədiyimiz kimi oldu. Müdafiədə müəyyən boşluqlar buraxdıq. Nəticədə əsəblərimizi cilovlamaqda çətinlik çəkdik. İkinci hissə tamam fərqli alındı. Düşünürdük ki, rəqibin mütəvimətini qıra bilərik. Deyərdim ki, istəyimizə çatdıq. Gənclərin oyunu yaxşı mənada təəccübləndirdi. Fasilədən sonrakı dəyişikliklər topa daha çox nəzarət etməyə və sürəti artırmağa hesablanmışdı”.

Hapal iyunun 11-də Bakıda millimizlə keçiriləcək oyuna da toxunub: "Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdı".

Qeyd edək ki, iyunun 11-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyununa saat 20:00-da start veriləcək.



Xəbər 1126 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +