“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.06.2019  18:41 

Pirat dərslik satanların məhkəməsi oldu - DİM 2 milyon istədi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilənlər - Şirzad Abdullayev və Faiq Məmmədovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının nümayəndəsi çıxış edərək 2 milyon manatlıq mülki iddia qaldırıb və bu pulun DİM-ə ödənilməsini istəyib. İttihama görə, Ş.Abdullayev və F.Məmmədov “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edərək orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr edərək Azərbaycana gətiriblər.

Bundan başqa həmin vəsaitləri gömrük nəzarətində düzgün bəyan etməməklə keçirib və respublika ərazisində satışa çıxarıblar. Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb. Adıçəkilən şəxslər özlərini təqsirli bilməyiblər. Murad Əhməd

Xəbər 1258 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +