“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.05.2019  18:12 

“Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq” - “Azəriqaz”





A+  A-

“Azəriqaz” İB prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə tədbirlər planı qəbul edib.
XəzərNews.az xəbər verir ki, bu barədə birliyin sədri Əkbər Hacıyev bu gün keçirilən toplantıda məlumat verib.

O, bildirib ki, müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təbii qazdan qanunsuz istehlak nəticəsində dəymiş ziyanın hesablanmasına dair sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlanacaq və müvafiq qərarların qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək:

“Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək qanunsuz istehlak halları üzrə dəymiş ziyanın hesablanmasına dair əsaslı dəlillər olmadan istehlakçılara kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq. Birliyin bəzi əməkdaşları tərəfindən vəzifələrindən sui-istifadə vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün yararlanma hallarını qətiyyətlə qınayırıq. Belə halların vaxtında müəyyən edilməsi, qarşısının alınması və təqsirkar şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə ciddi tədbirlər görüləcək”.

Xəbər 1373 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +