“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.09.2017  11:23 

Qaçırılarkən qəzaya düşən qız öldü - Faciə





A+  A-

Samuxda avtomobil su kanalına düşüb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.
Samux-Əhmədbəyli yolunda "VAZ-2107" markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız "Təcili yardım" maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1524 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +