“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.09.2017  10:34 

Boksçularımızın başına iş gəldi - Təyyarəyə gecikdilər





A+  A-

Almaniyada boks üzrə dünya çempionatına qatılan milli komandamızın üzvləri sentyabrın 3-ü saat 21:00-da vətənə qayıtmalı idilər.
XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, boksçularımızdan 3-ü Kamran Şahsuvarlı, Pərviz Bağırov və Lorenso Sotomayor ölkəyə qayıda bilməyiblər. Onların Bakıya vaxtında gəlməməsinə səbəb isə təyyarəyə gecikmələri olub.

Millimizin üzvlərindən yalnız dünya çempionu olan Məhəmmədrəsul Məcidov vaxtında paytaxtımıza qayıda bilib.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının da mövqeyini öyrəndik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov açıqlamasında xəbəri təsdiq edib: "Bəli, boksçularımız İstanbul-Bakı reysinə gecikdikləri üçün Türkiyə paytaxtında qalanlar olub. Onlar növbəti reyslərlə vətənə qayıdıblar".

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.

Xəbər 1391 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +