“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.03.2017  15:56 

Sergey Lavrov: “Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıyıq“





A+  A-

"Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək".
XəzərNews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və İrəvanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli görüşləri formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək" - S.Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır.
Rusiya XİN başçısı danışıqların səviyyəsindən məmnuniyyətini də dilə gətirib: "Prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləri davam etdirəcəyik."

Xəbər 1989 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +