“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.03.2017  13:28 

Başı kəsilən qız nişanını niyə qaytarmaq istəyirdi? - TƏFƏRRÜAT (YENİLƏNDİ)





A+  A-

Bakının Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızının nişanlısı Məcidov Nəcəf Ramiz oğlu tərəfindən başının kəsilərək öldürüldüyü haqda məlumat vermişdik.
Milli.Az-a daxil olan məlumata görə, İlahənin 2 ilə yaxın nişanlı qaldığı Məcidov Nəcəfin üzüyünü qaytarma səbəbi ortaya çıxıb. Nəcəfin narkoman olduğundan xəbər tutan İlahənin yaxınları qıza nişanı qaytarmaq üçün təzyiq ediblər.
Ağayeva İlahə nişanlısının pis vərdişini bildikdən sonra nişanı qaytarmaqda israrlı olduğunu Nəcəfə bildirib.
***
Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.
Hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.
Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
N.Məcidov saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Xəbər 4456 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +