Moskva dron zərbələrinə tuş gəlib
Pul hər şeyi həll edir, iki arvadım var - Şərurlu İsfəndiyar
Bakının mərkəzində təhlükə...-VİDEO
Qobustanda yollar buz bağladı: Zəncirvari qəza
Şəhid Mehti Şıxəliyevin atası vəfat etdi
Tahir İmanov başçını parodiya etdi - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - Video
Fabrikdə güclü yanğın...
Sürücülərə xəbərdarlıq: Bu yollar...
İran XİN-i bu ölkələrə səfər edəcək


04.12.2025  20:00 

“Avant Qrup” MTK istehlakçı hüquqlarını necə pozub? – Açıqlama





A+  A-

Xəbər verdiyimiz kimi, “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan yüzlərlə sakin ödədiyi məbləğin ƏDV-sinin 30 faizinin geri qaytarılması məsələsində ciddi problem yaşayır. Sakinlər pozulmuş hüquqlarının bərpası üçün “Avant Park” ofisi qarşısına toplaşaraq mətbuata açıqlamalar verir, cəmiyyətin və dövlətin müvafiq qurumlarının diqqətini problemə yönəltməkdə davam edirlər. Onlar iddia edir ki, Prezidentin 25 may, 2022-ci il tarixli Fərmanından dərhal sonra “Avant Qrup” MTK-ya müraciət etsələr də MTK-nın məsul şəxsləri sakinlərə ödənişləri yalnız bir hesaba ödənilməsini tapşırıb və ƏDV depozit hesabı açmağa imkan verməyib. Ödənişlər bitdikdən sonra Dövlət Vergi Xidməti sakinlərə çatacaq ƏDV-ni geri qaytarmır. Səbəb kimi isə ödənişlərin MTK-nın sakinlərə təqdim etdiyi bir hesaba köçürülməsidir.

XəzərNews.az “bu hadisə Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində hansı problemləri göstərir?” sualı ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

E.Hüseynov bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 25 may, 2022-ci il tarixli Fərmanı var:

“Fərmanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması şərtləri müəyyən olunub. Yəni, bina tikən tərəf istehlakçıya 2 hesab verməlidir ki, o, hesablardan biri də ƏDV-nin ödənilməsinə dair hesab olmalıdır”.



E.Hüseynov qeyd edib ki, istehlakçıların mənzil alan zaman MTK-lara nağdsız ödənişləri və ƏDV-nin geri qaytarılma məsələsi həm əhalinin sosial müdafiəsinə yönəlmiş əhəmiyyətli qərar, həm də nağdsız ödənişlərin stimullaşdırılmasına doğru yönəlmiş mühüm bir addımdır:

“Bu çox əhəmiyyətli məsələdir. Bununla bağlı Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olur. Mənzil alan vətəndaş ödənişini MTK-nın ona verdiyi bir hesaba ödəyibsə, artıq ƏDV-nin geri alınması yalnız məhkəmə yolu ilə həll oluna bilər. Bu kimi məsələlər geniş ictimailəşdirilməli, Cənab Prezidentin yuxarıda qeyd etdiyim Fərmanı təbliğ olunmalıdır. Təəssüf ki, bina tikintisi ilə məşğul olan bəzi MTK-lar bu Fərmanın gizlədilməsi üçün hər cür yollara əl atır. Əlbəttə ki, bu kimi hallar yolverilməzdir. Belə hallarla qarşılaşan istehlakçılar ətraflı məlumat almaq üçün Azad İstehlakçılar Birliyi ilə əlaqə saxlasınlar”.

Qeyd edək ki, “Avant Qrup” MTK-nın qaimə-fakturadan imtina ilə bağlı sakinlərə verdiyi cavab məktublarında hər bir mənzilin dəyərinə görə vergiyə nə qədər ƏDV ödədiyi xüsusi vurğulanır. Lakin Dövlət Vergi Xidməti bütün bunları nəzərə almır.

İsmayıl Rəhimoğlu
XəzərNews.az



Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2025  14:56 

Fabrikdə güclü yanğın...

14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +