Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava


20.06.2023  17:30 

Gədəbəydə atəş səsləri... - Foto





A+  A-

Sosial şəbəkələrdə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları araında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb. Kadrlarda əraziyə xeyli sayda vətəndaşın toplaşdığı, polis əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etdiyi müşahidə olunur, atəş səsləri eşidilir.

XəzərNews.az xəbər verir ki, məsələyə DİN-dən münasibət bildirilib. Qeyd olunub ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.

Araşdırma aparılır.

Məlumatlara görə, Gədəbəyin Söyüdlü kəndində qızıl mədənləri üçün süni göl düzəltmək istəyirlər, yerli sakinlər isə buna etiraz ediblər. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə polislər göndərilib. Polis əhalinin üzərinə gözyaşardıcı qaz ataraq dağıdıb, bəzi sakinlərin döyüldüyü bildirilir.

Xəbər 1353 dəfə oxunub.



02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +