Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.12.2022  12:46 

Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib?





A+  A-

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasını tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib.

XəzərNews.az xəbər verir ki, bu barədə “AzPolitika.info” öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, Talıbovun hazırda harda olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur: "Bilinən odur ki, sədr uzunmüddətli məzuniyyətdədir”.

"V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burda nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur", -deyə sayt yazır.

Qeyd edək ki, bəzi təhlilçilər bunu Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq kimi qiymətləndirirlər. Onların fikrincə, yaxın vaxtlarda Prezidentin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla Vasif Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.

Xəbər 1162 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +