Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


11.12.2022  13:38 

Naxçıvan bayrağı hazırlanıbmış?





A+  A-

“Naxçıvanda baş verənlər, elə-obaya, dinə sığışası məsələ deyil. Harınlamış, milli mənsubiyyətini unutmuş vicdanasızlar Muxtar Respublikanı tamamilə Bakının nəzarətindən çıxarmağa nail olublar. Elə faktlar var ki, adam onları eşidəndə ayağının altından yer qaçır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli “LAF TV”-yə müsahibəsində deyib.

“Qiyabi yolla ibtidai sinif müəllimliyini bitirmiş, ömründə bir kitab belə oxumamış şəxsin Naxçıvanda belə hərəkətlərini eşidəndə adamın nitqi quruyur”,- o əlavə edib.

Qabil Hüseynli təəssüflə bildirir ki, illər uzunu Naxçıvan rəhbərliyi nəzarətsiz qalıb:

“Bakı hara baxırdı, hadisələrin bu cür mənfi istiqamətdə inkişaf etməsini gözləyirdi? Onların qabağını ən azı 10 il bundan qabaq almaq lazım idi. Bu qədər gecikməyə dəyərdimi? Doğrudur, koronavirus, müharibə aranı qatdı. Amma bu vicdansızlar bilirlər ki, Vətən nədir, torpaq nədir, torpağı azad etmək nədir?!

Bəli, Rusiyanın “5-ci kolonu” idilər. Rus dilində bir kəlmə bilməsə də, onun daydayısı Ramiz Mehdiyev ruscanı çox yaxşı bilirdi, həyat yoldaşı da rusca əla danışırdı. Onların təlimatı ilə bu baş verənlər həyata keçirilib. Naxçıvan bayrağı hazırlanıb...

Muxtar Respublikada yığılan gömrük və vergi rüsumlarının hamısı bir klanın cibinə axıb. Ən minimal hesablamalar göstərir ki, mənimsəmənin ümumi miqdarı 100 milyard dollardan çoxdur. Baxın, görün, orada necə dərəbəylik imiş. Başıboş bir adam xalqımızın ürəyi olan böyük bir ərazidə necə böyük bir özbaşınalıq yaradıbmış. Əhalini köçməyə məcbur edirmiş...”

Xəbər 1227 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +