Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


24.03.2021  14:48 

Ərdoğandan Qarabağ müharibəsi ilə bağlı daha bir açıqlama





A+  A-

“30 il əvvəl Dağlıq Qarabağ və Azərbaycan torpaqlarının beşdə birinin işğalı ilə yaşanan qətliamlar bizim də ürəyimizi dağlamışdı”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin VII Qurultayında çıxışı zamanı dilə gətirib.

Dövlət başçısının sözlərinə görə, Minsk Qrupu ilə böhranı həll etmək istəyənlər 30 ildə məsələni daha qarışıq hala gətirdilər:

“Azərbaycanlı qardaşlarımız bu müddətdə dialoq üçün əmək sərf etdi, lakin Ermənistan tərəfi hücumlara davam etdi, dialoqa zərbə vuran tərəf oldu.

Ermənistan ordusu yenidən hücuma keçəndə Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında yer aldıq. Dastanlara yazılacaq mübarizə ilə murdar işğal başa çatdı”.



Xəbər 2675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +