Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.08.2020  12:54 

“Azərbaycan Rusiya peyvəndini alacaq? - Rəsmi açıqlama





A+  A-

Peyvəndlərin tətbiqi təkcə koronavirus deyil, digər xəstəliklərin də qarşısını almaq üçündür.
XəzərNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Peyvəndlərin əlçatanlığı üçün beynəlxalq təsisatlar da mövcuddur. Ölkəmiz özünün inkişaf səviyyəsinə uyğun olaraq bu prosesləri yaxından izləyir. Dünyada müxtəlif dövlətlər tərəfindən bununla əlaqədar köklü işlər aparılır. Rusiyada aparılan tədqiqatları yaxından izləyirik. Koronavirusla bağlı peyvənd bazara çıxarıldığı zaman bütün lazımi tədbirlər görüləcək. Bununla bağlı Operativ Qərargahda müzakirələr aparılır".

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, hər bir peyvənd geniş istifadəyə başlamazdan əvvəl 3 əsas mərhələdən keçməlidir:

"Rusiyada tətbiq olunan peyvəndlərlə bağlı heç bir müraciət etməmişik. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla, həm də məşhur istehsalçı şirkətlərlə əlaqələrə keçmişik. Rusiyadakı peyvəndin tətbiqini izləməliyik. Məlumatlar ümidvericidir, amma konkret söz demək üçün çox tezdir".

Xəbər 3912 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +